Arctic Monkeys

Arctic Monkeys
Arctic Monkeys 2014-cü ildə
Arctic Monkeys 2014-cü ildə
Əsas məlumatlar
Üslub post-pank rivayvl[d], alternativ rok, indi-rok, psixodelik rok, qaraj roku[d]
Fəaliyyət illəri 2002-ci ildən
Ölkə Şeffild, İngiltərə
Digər adı Death Ramps
Leybl Domino, Warner
Heyət Aleks Törner
Ceymi Kuk
Mett Helders
Nik O'Melli
Keçmiş üzvlər Endi Nikolson
arcticmonkeys.com — rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arctic Monkeys — 2002-ci ildə Şeffilddə qurulan ingilis rok qrupu. Qrup üzvləri Aleks Törner, Ceymi Kuk, Nik O'MelliMett Heldersdir. Qrupun üzvü Endi Nikolson ilk albom çıxdıqdan qısa müddət sonra 2006-cı ildə qrupu tərk etdi.

Arctic Monkeys internet vasitəsilə məşhurlaşan ilk qruplardan biri kimi bilinir,[1] onların 2006-cı ildə buraxdığı ilk albomu "Whatever People Say I Am, That's What I'm Not" Birləmiş Krallığın hit-parad tarixində ən tez satılan debüt albomu oldu və ən böyük debüt albomlarından biri kimi qarşılandı.[2] Onlar 2007 "BRIT" mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatını qazandılar. Qrupun 2007-ci ildə yayımladığı ikinci albomu "Favourite Worst Nightmare" tənqidçilər tərəfindən bəyənildi və 2008 "BRIT Mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatına layiq görüldü. Onlar 2009-cu ildə "Humbug" və 2011-ci ildə "Suck It and See" albomlarını buraxaraq uğur qazanmağa davam etdilər.

Qrupun məşhurluğu tənqidçilər tərəfindən bəyənilən 2013-cü ildə işıq üzü görmüş beşinci albom "AM" ilə daha da artdı, bu albom qlobal hit olan "Do I Wanna Know?" ilə tanınır. Mahnı dörd Billboard hit-paradında birinci pillədə qərarlaşdı və ABŞ-də platin sertifikatına layiq görüldü. Onlar 2014 "BRIT" mükafatlarında Britaniyada üçüncü dəfə "İlin Albomu" mükafatını qazandılar.[3] Qrupun 2018-ci ildə buraxdığı altıncı albomu "Tranquility Base Hotel & Casino" onların əvvəlki gitara əsaslı işlərindən fərqli olaraq, daha çox piano yönümlü idi. Albom 2019-cu ildə "Qremmi" Mükafatlarında "Ən Yaxşı Alternativ Musiqi Albomu" nominasiyasını aldı, bu da onu ilk buraxdıqları albomdan sonra ikinci etdi. Onların 2022-ci ildə yayımladığı yeddinci studiya albomu "The Car" Ayvor Novello və Merküri mükafatlarına namizəd göstərildi.

Arctic Monkeys 2022-ci ilə kimi dünya miqyasında 23 milyondan çox albom satmağa nail olub. Qrupun ilk beş albomu İngiltərədə bir nömrə oldu və bu da onları Birləşmiş Krallıqda bunu edən ilk indi-rok qrupu etdi.[4] Qrup yeddi "Brit Mükafatı" qazandı; Üç dəfə "Ən Yaxşı İngilis Qrupu", "İlin Britaniya Albomu", üç dəfə "dubl edən" (yəni hər iki kateqoriyada qalib gələn) ilk qrup oldu; "Whatever People Say I Am, That's What I'm Not" albomuna görə "Merkuri Mükafatı, Ayvor Novello Mükafatı və 20 NME Mükafatı" qazandılar. Bundan əlavə beş "Qremmi" mükafatına namizəd oldular[5] həmçinin 2007, 2013 və 2018-ci illərdə "Merkuri" Mükafatına namizəd göstəriliblər.[6] Həm "Whatever People Say I Am, That's What I'm Not" həm də "AM" NME-nin və Rolling Stone-un müxtəlif nəşrlərində "Bütün Zamanların Ən Yaxşı 500 Albomu" siyahısında yer alıb.

  1. Laura, Barton. "The question: Have the Arctic Monkeys changed the music business?". The Guardian. London. 25 October 2005. 8 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2006.
  2. "The 100 Best Debut Albums of All Time. 30. Whatever People Say I Am, That's What I'm Not". Rolling Stone. 4 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2014.
  3. Bramley, Ellie Violet. "Arctic Monkeys add album prize to group gong at Brits". The Guardian. 19 February 2014. 2 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2014.
  4. "Arctic Monkeys make Official Albums Chart history with AM". Official Charts. 15 September 2013. 29 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 September 2013.
  5. "BRITs Profile: Arctic Monkeys". brits.co.uk. 19 October 2014. 19 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2019.
  6. Savage, Mark. "Mercury Prize won by James Blake". BBC News. 31 October 2013. 30 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2019.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne